Mahir Klozeyə getmək niyyətində olduğunu dedi - Mən daha çox pul qazanmaq istəyirəm

17 Fevral 15:00 Gündəm 1 991
Mahir Klozeyə getmək niyyətində olduğunu dedi - Mən daha çox pul qazanmaq istəyirəm

“Nürnberq” dünən Almaniya II Bundesliqasının 22-ci turunda “Ulm”u qəbul edib.

Mahir Emreli bu matçın iştirak ərizəsinə salınmayıb.

Ötən turda ehtiyatda qaldığına görə narazılıq etmiş Azərbaycan millisinin hücumçusu bu dəfə ümumiyyətlə matçın iştirakçıları arasında yer almayıb.

Son günlər 27 yaşlı forvardın komandadan ayrılacağı haqda xəbərlər yayılıb. Onun adı “Seul” ilə yanaşı hallanır.

Miroslav Klozenin həmyerlimizin xidmətindən istifadə etməməsi elə bununla əlaqədardır. Baş məşqçi “Ulm”la görüşdən öncə yığmamızın üzvü ilə görüşüb.

Kloze ondan planları barədə soruşub. Mahir klubunu dəyişmək niyyətində olduğunu, yayadək burada qalmaq istəmədiyini bildirib.

Cənubi Koreyadan təklif aldığını söyləyən hücumçu artıq “Nürnberq”də özünü daxilən rahat hiss etmədiyini deyib.

Hazırda Asiya ölkəsində “transfer pəncərəsi“ açıqdır. Bu, martın 22-dək belə davam edəcək. “

Seul“ isə Emrelinin transferini nə qədər mümkündür tez gerçəkləşdirməyə çalışır. Səbəbkarın özüylə demək olar müqavilə şərtlərində razılığa gəliblər.

Klublar arasında danışıqların da qısa sürəcəyi gözlənilir. Bəlkə də 1-2 günün içində keçidi reallaşdıracaqlar.

SRORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”