Müqaviləsi olan bəzi klublar niyə hələ də bura qayıtmır?

15 Fevral 17:20 Gündəm 555
Müqaviləsi olan bəzi klublar niyə hələ də bura qayıtmır?

Binə qəsəbə stadionunda bir sıra dəyişikliklər həyata keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Stadionda ehtiyat oyunçular skamyası, paltardəyişmə otağının mebelləri yenilənəcək. Həmçinin xırda kosmetik dəyişikliklər də gözlənilir. Böyük təmir işləri isə nəzərdə tutulmayıb.

Stadionda artıq oyunların keçirildiyi nəzərə çatdırılıb. Bununla yanaşı, müqaviləsi olan bəzi klubların hələ meydandan istifadə etmədiyi vurğulanıb.

Əvəzedicilərdən “Araz-Naxçıvan-2”, “Zirə-2”, “Qarabağ-2”nin, I Liqa təmsilçilərindən MOİK və “Baku Sportinq”in, II Liqadan “Dinamo”nun, həmçinin “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının müqaviləsi olsa da, hələ ki, stadionda oyun keçirməyiblər.

Bir müddət öncə AFFA tərəfindən yenilənən Binə stadionunun süni ot örtüyünün "FIFA Quality Pro" sertifikatına uyğunluğu təsdiqlənib.

Digər Xəbərlər
Xəbər Lenti