
AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev yenidən futbol sektoruna qayıda bilər.
Bunun üçün real imkan yaranıb.
2008-2024-cü illər aralığında federasiyaya rəhbərlik etmiş SOCAR-ın sabiq şefinin klub təsərrüfatında peyda olması gözlənilir.
Bugünlərdə klublardan birində rəhbər vəzifə tutan tanınmış icimai xadimlərdən biri onunla görüşüb.
Abdullayevə yaxın şəxs ona futbola dönməyi təklif edib. İkinci isə futbol sahəsində cərəyan eləyən prosesləri izlədiyini, komandanı sponsorluğa götürmək təşəbbüsünü nəzərdən keçirəcəyini söyləyib.
O, bu barədə yekun qərarını yaxın vaxtlarda verəcəyini bildirib.
SPORTİNFO.AZ