Ermənistan yeni müharibəyə hazırlaşır? - VİDEO+FOTOLAR

9 Fevral 07:40 Gündəm 374
Ermənistan yeni müharibəyə hazırlaşır? - VİDEO+FOTOLAR

Fransa planlaşdırılan 26 ədəd “Bastion” zirehli transportyorunun ilk 10-nun istehsalını başa çatdırıb və onların yaxın vaxtlarda Ermənistana çatdırılması gözlənilir.

Bu barədə “Caliber.Az”ın redaksiyasına mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Fransanın KNDS şirkəti artıq Ermənistana 155 mm kalibrli 12 “SEZAR” özüyeriyən artilleriya qurğusu verib və ilin sonuna kimi daha 24 bölmənin İrəvana gəlməsi gözlənilir.

Üstəlik, erməni tərəfi təkcə Fransada deyil, Hindistanda da sursat alınması ilə bağlı fəal danışıqlar aparır.

Bundan əlavə, Gürcüstanın Poti və Batumi limanları vasitəsilə Ermənistana yüzlərlə avtonəqliyyat vasitəsi gətirilib, o cümlədən:

366 Tata Xenon Double Cab 4x4 pikaplar;

208 Tata 715 4x4 yük maşını.

Bu avtomobil Ermənistana Sadaxlı keçid məntəqəsindən gətirilib.

Yerüstü avadanlıqlarla yanaşı, regional sabitliyə xüsusi təhlükə yaradan Hindistanın “BrahMos” və ASTRA raket sistemlərinin Ermənistana tədarükü ilə bağlı danışıqlara da diqqət yetirilir.

Bunlardan əlavə, “GSSR44” teleqram kanalının məlumatına görə, Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələri yeni Hava Hücumundan Müdafiə və Radio-Elektron döyüş mövqeyi qurub.

Bildirilir ki, yeni qurulan mövqe şərti sərhədin yaxınlığında yerləşir.



Digər Xəbərlər
Xəbər Lenti