COP29

Azərbaycan yığmasının hücumçusu TRANSFERƏ ÇIXARILDI

13:20 Gündəm 342
Azərbaycan yığmasının hücumçusu TRANSFERƏ ÇIXARILDI

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov klubu “Ankaragücü”dən ayrılıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu artıq kollektivi tərk edib.

O, rəhbərliyin qərarı ilə Tandoğandakı bazada bir məşqçinin nəzarəti altında fərdi məşq edir.

I Liqa təmsilçisi hücumçuları Riad Bajiç və Dadaşov arasında seçim edib. Dadaşovun heyətdən kənarlaşdırılmasının səbəbi ona daha tez müştərinin tapılma ehtimalıdır.

Paytaxt təmsilçisi Bajiç üçün təklif almayacağını düşündüyü üçün Dadaşovu transferə çıxarıb ki, yerinə yeni oyunçu transfer edə bilsin.

“Ankaragücü” ilə müqaviləsi gələn ilin yayına qədər olan Renat Dadaşovun adı Azərbaycan klubları ilə birgə hallanır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”