“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Rumıniya klubu FCSB ilə keçirəcəyi oyuna görə, yanvarın 23-dən 24-nə keçən gecə metronun iş rejimi 1 saat uzadılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Beləliklə, Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-dək açıq olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”stansiyasında bir sıra tədbirlər görüləcək
. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək.
“Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.
Sözügedən matç bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də başlayacaq.