Bir neçə gün öncə Dubayda vəfat edən “Qarabağ”ın fəxri-prezidenti və sahibi Abdolbari Gözəl klubun Avropa Liqasında bu gün FKSB-yə (Rumıniya) qarşı keçirəcəyi matçda 1 dəqiqəlik sükutla yad ediləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, bir dəqiqəlik sükutla yanaşı, futbolçular meydana qara sarğı ilə çıxacaq.