Azərbaycan klublarından birinin Bolqarıstandan “Beroe”nin hücumçusu Leandro Qodoyla maraqlandığı bildirilir.
Sportinfo.az xəbər verir ki, bu iddia ilə Bolqarıstanın “Matç Teleqraf” nəşri çıxış edib.
Həmin klubun adı açıqlanmayıb. Məlumata görə, 23 yaşlı forvardın xidmətində Rusiyadan “Lokomotiv” və Bolqarıstandan SSKA da maraqlıdır.
“Beroe”nin Qodoya görə 1 milyon avro təzminat tələb etdiyi də söylənilir. Onun bu klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.
Mərkəz hücumçusu olan Qodoy bu mövsüm “Beroe”nin heyətində bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 12 qol vurub (hamısı yüksək liqada).
Argentinalı "Rasinq", “Çakarita Juniors” (hər ikisi Argentina) və “Torreense”də (Portuqaliya) oynadıqdan sonra “Beroe”yə keçib. O, “Defensa Xustisiya”da icarə əsasında çıxış edib.