COP29

Premyer Liqanın iddialı klubları “Bohum”un sabiq oyunçusuna maraq göstərir

02:00 Gündəm 186
Premyer Liqanın iddialı klubları “Bohum”un sabiq oyunçusuna maraq göstərir

Azərbaycan millisinin sabiq legioneri Barış Ekincier karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 25 yaşlı futbolçuya Premyer Liqamızın iddialı klubları maraq göstərir.

"Ümraniyespor"un üzvü Azərbaycana gəlmək ehtimalını da gözdən keçirəcək. Amma yarımmüdafiəçiyə hətta Türkiyə Superliqasının təmsilçilərinin də maraq göstərdiyi iddia edilir.

Barış Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib. Barışın “Ümraniyespor”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

O, bu mövsüm 16 matçda 4 qol vurub, 1 asist edib. Barış “Bohum”, “Austriya Klagenfurt”, “Valdhof Manhaym”, “Şanlıurfaspor”da oynadıqdan sonra mövsümün əvvəlində “Ümraniyespor”a keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti