COP29

AFFA rəhbərliyi sabah yığışır, vacib qərarlar veriləcək - SON DƏQİQƏ XƏBƏRİ

13:00 Gündəm 733
AFFA rəhbərliyi sabah yığışır, vacib qərarlar veriləcək - SON DƏQİQƏ XƏBƏRİ

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısının vaxtı dəqiqləşib.

Ali qərarverici orqan sabah bir araya gələcək.

Federasiyanın inzibati binasında keçiriləcək yığıncaq barədə üzvlərə məlumat veriləcək.

Gündəlikdə bir neçə məsələ var. Onların başında növbəti mövsümdən etibarən Premyer Liqada legioner limitinin ləğvinin müzakirəsi gəlir.

Belə ki, İK 7+4 limitini tamamailə aradan qaldırmaq niyyətindədir. Komitənin əksər üzvləri bu ideyanı dəstəkləyir.

Sabahkı məşvərətlərdə aşağı yaş qrupları üzrə yığmaların yeni baş məşqçilərini seçiləcək. AFFA-nın texniki direktoru Cahangir Həsənzadə namizədlərin siyahısını hazırlayıb.

U-15, U-16, U-17, U-19 və U-21-də çalışmağa ümumilikdə 20-yə yaxın mütəxəssisin adı qeyd olunub.

Elə komanda var ki, ora 3, eləsi var ki, 4 məşqçi namizəddir.

Onlar AFFA İcraiyyə Komitəsinin (İK) qarşıdakı toplantısında müzakirəyə çıxarılacaq. İK-nin yığıncağının isə qarşıdakı günlərdə keçirilməsi nəzərdə tutulub.

Yanvarın 1-dən etibarən bu komandaların sükanı arxası boşdur. AFFA funksionerləri hazırda iki variantı nəzərdən keçirir - ya millilər əcnəbi məşqçilərə tapşırılacaq, ya da yerlilərə.

Vitse-prezident Elşad Nəsirov başda olmaqla, bir qrup xaricilərə üstünlük verməyin tərəfdarıdır. İcoaçı vitse-prezident və baş katib Sərxan Hacıyev isə azərbaycanlı məşqçilərin təyinatını istəyir.

Təbii ki, son söz «İspalkom»da deyiləcək. Burada isə Nəsirov səsvermə hüququna malikdir, Hacıyev yox.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti