Bakıda fəaliyyət göstərən «Rekord»FK ona məxsus olan stadionu satıb.
Əhmədli qəsəbəsində yerləşən və «Azəri» adlanan arena paytaxtın başqa bir klubunun sərəncamına keçib.
Söhbət «Şəfa»dan gedir. II Liqada mübarizə aparan şəhər təmsilçisi iranlı iş adamları ilə sövdələşib.
Tərəflər arasında anlaşmaya əsasən, komanda bundan sonra sözügedən məkanda məskunlaşacaq.
«Rekord» 5 ildən artıqdır fəaliyyət göstərir. Klubun həm futzal, həm futbol komandaları mövcuddur. Eyni zamanda akademiya sahəsində layihə həyata keçirirlər.
SPORTİNFO.AZ