AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Qeyd edilib ki, AFFA tərəfindən 2024-cü ilin avqust ayında strategiyanın yazılışına başlanakən ictimaiyyətə müraciət olunmuş və rəylər toplanmışdı.
Son olaraq strategiyanın layihəsinə rəy və təklifləri 2025-ci il yanvarın 13-ü saat 12:00-a qədər bildirmək mümkündür. Təqdim olunacaq rəylər nəzərə alındıqdan sonra strategiyanın yekun versiyası ictimaiyyətlə paylaşılacaq.
Strategiyaya buradan keçid etmək olar.
Təklifləri göstərilən tarixə qədər aşağıda qeyd olunan link və ya e-mail vasitələri ilə bildirmək olar:
Link: https://forms.gle/gLrFP4sQFSCm9xpa8
E-mail: [email protected]