COP29

Azərbaycandan gedən və yeni iş yeri tapmayan: “Bunları unutmaq mümkün deyil”

7 Yanvar 23:40 Gündəm 423
Azərbaycandan gedən və yeni iş yeri tapmayan: “Bunları unutmaq mümkün deyil”

“İndi Londondayam, amma Tovuzu unutmamışam.

Orayla bağlı çox yaxşı xatirələrim var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un sabiq hücumçusu Natan Oduva deyib.

2022-ci il yanvardan maya qədər “Keşlə”nin uğurları üçün tər tökən, 2022/23 mövsümündə Tovuz təmsilçisində çıxış edən ingiltərəli legionerin buradakı çıxışı pil alınmamışdı.

Sezonboyu 32 oyunda meydana çıxaraq 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalan Oduvanın növbəti “futbol ili”ndə də “Turan Tovuz”un uğurları üçün tər tökəcəyi gözlənilsə də, .əksi yaşandı.

“Turan Tovuz”dan ayrılandan sonra Cənubi Koreyadan “Chunbuk Cheongju” ilə müqavilə bağlayan “Tottenhem”in yetirməsi ötən ilin mayından bu yana işsizdir.

O, tovuzlu fanatları hələ də yaddan çıxara bilmədiyini söyləyib:

“Azarkeşlərin futbolla yaşaması, yerli insanların qonaqlara ürəklərini verməyə hazır olması, hər oyunda tribunaların dolması möhtəşəm görüntülər idi.

Bunları unutmaq mümkün deyil. Sizin vasitənizlə tovuzlulara salam göndərir, mövsümün sonunda “Turan”ın nəticələrinə görə sevinməyi arzu edirəm.

Onlar buna layiqdirlər. Ümid edirəm ki, “Turan”ı bu yay avrokuboklarda görəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti