“Lex”in vingeri Adriel Ba Lua Premyer Liqada oynaya bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Belə ki, polşalı journalist Sebastian Staşevskonun iddiasına görə, 28 yaşlı futbolçuya "Rubin" və "Axmat", "Kayserispor", həmçinin adı açıqlanmayan Azərbaycan klubu maraq göstərir.
Ba Lua “Lex”in Türkiyədə keçiriləcək qış təlim-məşq toplanışına yollanmayacaq və karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirəcək.
Fil Dişi Sahilindən olan futbolçunun “Lex”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Mimozas”, “Vayle”, “Karvina” və “Viktoriya Plzen”də oynayıb.