Premyer Liqada mübarizə aparan klublardan üçü bu gün hazırlıqları bərpa edəcək.
Sportinfo.az xəbər verir ki, “Zirə”, “Şamaxı” və “Kəpəz” 2025-ci ildə ilk məqə çıxacaq.
Qeyd edək ki, hazırlıq dövründə “Zirə” 2 yoxlama oyunu keçirəcək. Rəşad Sadıqovun komandası yanvarın 9-da “Şamaxı”, 12-də isə “Qarabağ”la üz-üzə gələcək.
“Zirə” kimi iki oyun keçirəcək “Şamaxı”nın ikinci rəqibi “Sabah” olacaq (12 yanvar).
“Kəpəz” isə hazırlıq dövründə cəmi 1 yoxlama matçında qüvvəsini sınayacaq. Gəncə klubu yanvarın 9-da “Qarabağ”la qarşılaşacaq.