"Şamaxı"dan göndərilən Adil Nağıyev və Georgi Kantariya ilə bağlı hazırda AFFA-da araşdırma davam edir.
Bu barədə federasiyanın rəsmi açıqlaması var.
Səbəb onların oyun alqı-satqısında iştirak etmələri ilə bağlı iddiaların olmasıdır.
Araşdırmanın nə qədər zaman alacağı isə sual olaraq qalır.
Maraqlıdır, araşdırma müddəti uzun zaman çəkərsə, futbolçuların taleyi necə olacaq?
Məsələn, araşdırma bitmədiyi halda, qış transfer pəncərəsində adıçəkilən futbolçuların hansısa kluba keçidi mümkündür?
Suallarımıza cavab tapmaq üçün UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli ilə danışdıq.
O, Sportinfo.az-a qısa açıqlamasında hər iki oyunçuya hansısa qadağa qoyulmadığını bildirib:
"Hazırda araşdırma gedir. Araşdırma bitənə kimi isə konkret məhdudiyyət yoxdur".
XANOĞLAN