COP29

Əcnəbi futbolçular da təyyarə qəzasına biganə qalmadılar - FOTOLAR

26 Dekabr 17:00 Gündəm 420
Əcnəbi futbolçular da təyyarə qəzasına biganə qalmadılar - FOTOLAR

25 dekabr ölkəmiz üçün ağır hadisə ilə tarixə keçdi.

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Aktauda qəzaya uğradı.

Qəza zamanı göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub.

Çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Ölkəmizdə çıxış edən əcnəbi futbolçular da dəhşətli hadisəyə biganə qalmayıblar.

Mənəvi dəstək olanlar arasında Kevin Medina, Mateus Silva, Marko Veşoviç, Juninyo, Riçard Almeyda, Marko Yankoviç, JulioRomao (hamısı "Qarabağ"), İsa Suliman, Roi Kehat ("Sumqayıt"), Yuri Matias "Neftçi), Yeqor Xvalko ("Kəpəz"), Ruan Renato, Rafael Utziq, Tiaqo Silva ("Zirə"), Cesse Sekidika ("Sabah"), Şahin Balejai ("Baku Sportinq") ilə bərabər "Qarabağ"ın sabiq üzvü Kadi Borgesin də adı var.

XANOĞLAN/ SPORTİNFO.AZ

Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu