“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messinin ailəsi ilə birgə Milad fotoları sosial şəbəkədə yayılıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, həyat yoldaşı və uşaqları qırmızı paltar geyinib.
Onlar yolka və bayram çələnginin fonunda şəkil çəkdiriblər.
Messi “İnter Mayami”yə keçməmişdən əvvəl “Barselona” və PSJ-də çıxış edib.
O, bu müddət ərzində 8 dəfə “qızıl top”un qalibi olub və bu mükafatı qazanma sayına görə rekordun sahibidir.