COP29

“Qarabağ”da çıxış etmiş müdafiəçi bu klubdan da ayrıldı

12:40 Gündəm 369
“Qarabağ”da çıxış etmiş müdafiəçi bu klubdan da ayrıldı

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Dmitri Nağıyev Ukrayna klubundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi mövsümün əvvəlində müqavilə imzaladığı "Minay"da qalası olmayıb.

Buna səbəb isə klubdakı problemlərdir. Nağıyevin "Minay"la mövsümün sonuna qədər müqaviləsi qüvvədə olsa da, azad agent statusuna yiyələnməyi bacarıb.

Onun sabiq komandası Ukrayna birinci liqasında mübarizə aparır.

29 yaşlı futbolçu “Dnepr”, “Qarabağ”(Vyana), “Sumqayıt”, “Kova-da Piedadi”(Portuqaliya), “Stumbras”(Litva), “Dinamo-Avto”(Moldova), “İnqulets”, “Obolon” komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti