COP29

“Həm Ermənistan, həm Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq”

07:20 Gündəm 167
“Həm Ermənistan, həm Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq”

“Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda münaqişə başlayandan sonra dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib”.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

“Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq. Həll yolunu yazılı formada Azərbaycan tərəfinə göndərmişik və müsbət reaksiya gözləyirik. Bu reaksiya alınan zaman qısa müddətdə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, - o deyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 23:00 Zirədə vaxt itkisi...