Ağsu şəhər stadionunda 1 ildən artıq vaxt aparan yenidənqurma prosesi artıq başa çatıb.
Son olaraq meydanın qazonu dəyişdirilib.
İstifadə müddəti çoxdan bitmiş süni ot örtüyü yenisi ilə əvəzlənib.
Bütün xərclər UEFA-nın «Het-Trik» proqramı çərçivəsində qarşılanıb.
Rövnəq Abdullayev martda, hələ AFFA-nın prexidenti olduğu vaxt Avropa futbol qurumunun ayırdığı vəsaitin bir hissəsinin Ağsu stadionunun qazonunun dəyişdirilməsinə sərf olunması ilə bağlı sənədi imzalayıb.
AFFA apreldə açıqladığı hesabatda qurumun balansında olan stadionların saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər şeyd olunub.
Burada qeyd edilib ki, Ağsu stadionunda aparılan təmirə 110 min 367 manat xərclənib.
2011-ci ildə açılışı olmuş arena 3 min tamaşaçı tutumuna malikdir.
Ötən ilin noyabrında başlayan və bu ilin martında tamamlanan təmir işlərindən sonra oturacaqlar dəyişdirilib, tribunaların dam örütüyü yenilənib.
İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb.
Beləcə, AFFA verdiyi gec də olsa, yerinə yetirib. Halbuki işin sentyabrın 10-da başa çatdırılacağına dair açıqlama verilmişdi.
Prosesin uzanması elə süni qazonla bağlıdır. UEFA-nın nümayəndələri meydanın səthində problemlər aşkarladığından, arada 3 aya yaxın vaxt idi.
Qurumun təmsilçiləri sahənin bəzi hissələrində maililik olduğunu müəyyənləşdirib, o üzdən, iş bir neçə dəfə yarımçıq dayandırılıb.
SPORTİNFO.AZ