Uzun illərdən sonra Qazax şəhər stadionunda təmir başlayıb.
Region Liqasının yeni mövsümünə hazırlıq görən «Göyəzən» arenada yenidənqurmaya vəsait ayırıb.
Artıq burada müəyyən işlər görülüb. İdman qurğusunun giriş-çıxış qapıları dəyişdirilib. Ehtiyat oyunçular skamyası yenisi ilə əvəz olunub.
Həmçinin klub rəhbərləri və qonaqlar üçün nəzərdə tutulmuş loja suvaq vurulub, ora rənglənib. Çəkiliş aparılması üçün şərait yaradılıb.
Gənclər və idman naziri Fərid Qayıbov adıçəkilən məkana iki dəfə baş çəkib, meydança və tribunaların vəziyyətini incələyib.
O, nazirliyin balansında fəaliyyət göstərən qurğunun kompleks təmirə ehtiyacının olduğunu bildirib.
Həmçinin söz verib ki, qazonun dəyişdirilməsi və 3500 nəfər tutuma malik tribunaların yenilənməsi üçün vəsait ayrılacaq.
Burada sonuncu dəfə 2018-ci ildə kosmetik təmir aparılıb.
SPORTİNFO.AZ