Azərbaycanda 2025-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu 285 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat müəyyən edilir.
Bu barədə məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb.
2023-cü ildə yaşayış minimumu 246 manat, bu il 270 manat idi.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.