COP29

Son qərar verildi - AFFA-nın rəhbər postunda dəyişiklik edilir

21 Noyabr 13:00 Gündəm 7 459
Son qərar verildi - AFFA-nın rəhbər postunda dəyişiklik edilir

Sərxan Hacıyev yaxın vaxtlarda AFFA-nın baş katibi postunu tərk edəcək.

Bu barədə federasiyadan redaksiyamıza məlumat verilib.

Qurumdan əldə etdiyimiz məlumata görə, Rövşən Nəcəf onu bu vəzifədən kənarlaşdırmaq fikrini qətiləşdirib. AFFA prezidenti Hacıyevi əvəzləməyə namizədlərin siyahısı ilə artıq tanış olub.

Siyahı o qədər geniş deyil, cəmi 3-4 nəfərdən ibarətdir.

Bunun müəyyənləşdirilməsi prosesində vitse-prezident Balakişi Qasımov da iştirakçıdır. Hər halda federasiya başçısı belə məsələlərdə ən çox onunla məsləhətləşir.

Hacıyev bir neçə il Elxan Məmmədovun köməkçisi olub. O, 2022-ci ilin mayında patronunu əvəzləyib.

2024-cü ilin aprelin 2-də isə həm icraçı vitse-prezident, həm də baş katib vəzifələrinə təsdiqlənib.

Rövşən Nəcəflə Sərxan Hacıyevin münasibətləri üçün «qaydasındadır» demək olmaz. Yeddi aydan artıqdır AFFA-nın başına keçən birinci ona bir o qədər etimad göstəmir.

Çünki öz kadrı deyil. Nəcəf mühüm postu ondan almanla, qurumun daxili həyatına daha çox nüfuz etmək, gündəlik proseslərə nəzarət imkanlarını genişləndirmək məqçədi güdür.

SPORTİNFO.AZ

Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!