San-Marino yığması ötən gün keçirilən Millətlər Liqası D qrupu matçında tarixi uğura imza atıb.
Sportinfo.az xəbər verir ki, “cırtdan ölkə”nin yığması səfərdə Lixtenşteyn millisinə 3:1 hesabı ilə qalib gəlib.
Bununla da onlar tarix yazıblar. San-Marino həm bir matçda 3 qol vurub, həm də qrupu lider kimi bitirib.
Əldə etdikləri nəticə ilə onlar C liqasına çıxmaq şansı qazanıblar.
Maraqlıdır ki, D liqasını tərk edəcək San-Marinonun burda əvəz edəcək komanda Azərbaycan yığması ola bilər.
Belə ki, bu gün Millətlər Liqasında qrupun son oyununa çıxacaq millimiz səfərdə İsveçlə üz-üzə gələcək.
Əgər Azərbaycan yığması bu matçda qələbə qazanmasa, D liqasına yuvarlanacaq. Komandamız burada San-Marinonun boşaltdığı yeri dolduracaq.