COP29

UEFA Azərbaycanda stadiona girişi məhdudlaşdırdı

01:00 Gündəm 116
UEFA Azərbaycanda stadiona girişi məhdudlaşdırdı

Millətlər Liqasının 5-ci turunun Azərbaycan və Estoniya milli komandaları arasında Qəbələdə keçiriləcək oyununa bilet satışı davam edir.

Sportinfo.az xəbər verir ki, satışa 1800 bilet çıxarılıb, ondan da 800-ü artıq satılıb.

Qəbələ şəhər stadionu 4500 tamaşaçı tutumu var. Amma UEFA-nın stadionun iki tribunasına girişi məhdudlaşdırılıb.

Buna səbəb həmin tribunaların dəmir konstruksiyalı olmasıdır. Bu səbəbdən bu oyun üçün stadionun tutumu iki dəfədən çox azalıb.

Noyabrın 16-da keçiriləcək Azərbaycan - Estoniya oyunu saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 17:40 Tanrı belə istəyir