COP29

Fatih Terim Bakıya gəlir - SON DƏQİQƏ

13 Noyabr 20:40 Gündəm 3 077
Fatih Terim Bakıya gəlir - SON DƏQİQƏ

“Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar artıq bəllidir.

Onlardan biri də Türkiyənin “Qalatasaray” klubudur.

Sportinfo TV-nin aparıcı eksperti Elçin Cəfərovun özəl xəbərinə görə, İstanbul klubunu COP29-da vitse-prezident İbrahim Hatipoğlu və idarə heyətinin üzvü Emin İmanov təmsil edəcək:

“Özəl qonaq olaraq isə “İmperator” ləqəbli Fatih Terim Bakı Olimpiya Stadionuna təşrif buyuracaq”.

Alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq.

Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu