COP29

Azərbaycan millisi Gürcüstanda bürünc medal qazanıb

3 Noyabr 20:10 Gündəm 394
Azərbaycan millisi Gürcüstanda bürünc medal qazanıb

Futbol üzrə idman jurnalistləridən ibarət milli komanda beynəlxalq turnirdə 3-cü olub.

Sportinfo.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında 6-cı Beynəlxalq Media Kuboku turniri keçirilib.

8 ölkənin iştirak etdiyi yarışda Azərbaycanı İdman Jurnalistlərindən ibarət yığma təmsil edib.

Komandamız Macarıstan, Litva və Moldova yığmalarının yer aldığı A qrupunda iki qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib.

Yarımfinalda meydan sahibi Gürcüstan yığması ilə qarşılaşan komandamız yekunda məğlub olaraq turniri 3-cü pillədə tamamlayıb.

Komandamızın üzvü Məsim Məsimzadə turnirin ən yaxşı hücumçusu seçilib.

Turnirin qalibi isə Moldova komandası olub.

Xəbər Lenti