COP29

“Ankara bunu İrəvan-Bakı normallaşma prosesi ilə əlaqələndirir”

1 Noyabr 07:10 Gündəm 239
“Ankara bunu İrəvan-Bakı normallaşma prosesi ilə əlaqələndirir”

“Ermənistan və Türkiyə arasında dinamik və müsbət dialoq qurulub”.

Bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə ilə iki ölkə arasında diplomatik əlaqələrin qurulması, sərhədlərin, nəqliyyat və digər kommunikasiyaların açılması üzrə dialoq aparılır.

Mirzoyan qeyd edib ki, hər iki ölkənin mütəxəssisləri sərhəddə infrastrukturun qiymətləndirilməsi ilə bağlı iş həyata keçirib: “Yaxın günlərdə Gümrü-Qars dəmir yolu hissəsinin infrastrukturunun analoji qiymətləndirilməsi həyata keçiriləcək”.

XİN rəhbəri, həmçinin əlavə edib ki, Türkiyə normallaşma prosesini Ermənistanla Azərbaycan arasında normallaşma prosesi ilə əlaqələndirir: “İrəvan bunu müəyyən qədər qeyri-konstruktiv mövqe hesab etsə də, münasibətlərin normallaşmasına dair optimist əhval-ruhiyyədədir”.

Xəbər Lenti