COP29

Respublika ərazisində noyabrın ilk gününün havası - PROQNOZ

1 Noyabr 07:00 Gündəm 250
Respublika ərazisində noyabrın ilk gününün havası - PROQNOZ

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Xəbər Lenti