Azərbaycan Kubokunda II təsnifat mərhələsi davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha 4 oyun keçiriləcək.
Premyer Liqanın 3 təmsilçisi meydan alacaq. Onların hamısı II Liqa mənsubları ilə üz-üzə gələcək.
“Kəpəz” Tovuzda “Ağdaş”la qarşılaşacaqsa, “Səbail” Bayılda “Dunamo”nun önünə çıxacaq.
“Araz-Naxçıvan” Mərdəkanda “Şahdağ-Qusar”I üstələməyə çalışacaq. MOİK-lə “Şimal” Sumqayıtda münasibətlərinə aydınlıq gətirəcək.
MOİK – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00
“Şahdağ Qusar” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Liv Bona Dea Arena”, 16:00
“Ağdaş” – “Kəpəz”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Tovuz şəhər stadionu, 16:00
“Dinamo” – “Səbail”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 18:00