AFFA tərəfindən yaradılan Futbolun İnkişaf Fondunun (FİF) rəhbərliyində rəhbərliyində dəyişiklik gözlənilir.
Bu haqda federasiyadan redaksiyamıza məlumat daxil olub.
Qurumdan saytımıza bildirilib ki, Tural Piriyevin FİF-in icraçı direktoru vəzifəsindən getməsi gündəmdədir. AFFA başbilənləri onun postundan ayrılmasına qarşı deyil. bu da anlaşılandır.
Tural Piriyev Elxan Məmmədova yaxın kadr sayılır. İkinci federasiyanın icraçı vitse-prezidenti və baş katibi olduğu illərdə bu şəxsi daim öz diqqətində saxlayıb, onun üçün «çətir» rolunu oynayıb.
Rövşən Nəcəfin Elxan Məmmədova bağlı şəxslərə münasibəti isə qətiyyən birmənalı deyil. Aprelin 2-də AFFA-nın prezidenti seçilən Nəcəf qurumu tədricən onlardan təmizləməyə başlayıb. Artıq bir neçə fiqur öz vəzifəsi ilə vidalaşıb.
Futbolun İnkişaf Fondu 2016-cı ildə təsis olunub. Fondun nəzarət orqanı təsisçilər tərəfindən təşkil olunan Himayəçilər Şurasıdır.
SPORTİNFO.AZ