COP29

Leysan və aramsız yağışlar “Qarabağ”ın meydanına necə təsir edib? - SON FOTOLAR

17:40 Gündəm 390
Leysan və aramsız yağışlar “Qarabağ”ın meydanına necə təsir edib? - SON FOTOLAR

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti matçına hazırlaşır.

Əsas mərhələnin ilk iki turunda “Tottenhem”lə “Malmö”yə məğlub olan ağdamlıların növbəti rəqibi dünyaca ünlü “Ayaks”dır.

Oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyindən xəbərdarsınız.

Son günlər ölkəmizdə normadan artıq yağıntıların müşahidə olunması nəticəsində bir çox yol, prospekt və tunellərin suyun altında qalmasından sonra sözügedən arenanın son durumu azarkeşlərdə narahatlıq yaradıb.

Sportinfo.az-ın əməkdaşı olaraq baş çəkdiyim “hadisə yeri”ndə hansısa qüsurun olduğunu görmədim. Havaların soyuq və yağıntılı keçməsinə baxmayaraq, qazonun durumunu ideal adlandırmaq olar.

Bunu təqdim olunan şəkillərdə görmək mümkündür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti