COP29

Bu gün “Gənclik” stansiyasının iş rejimi dəyişir - “Qarabağ”a görə

09:20 Gündəm 94
Bu gün “Gənclik” stansiyasının iş rejimi dəyişir - “Qarabağ”a görə

Oktyabrın 24-də “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsində “Ayaks”la keçirəcəyi qarşılaşma ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, “Gənclik” stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.

Gün ərzində qatarlar payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə əlavə qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.

Oyun başa çatdıqdan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 19:20 "Neftçi"də yeni sponsor