COP29

Dünyanın tanıdğı ulduz futbolçu Azərbaycan klubunda?

18 Oktyabr 22:40 Gündəm 788
Dünyanın tanıdğı ulduz futbolçu Azərbaycan klubunda?

Belçika millisinin sabiq futbolçusu Raja Naynqqolan karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, İtaliya nəhəngləri - "Roma" və "İnter"də çıxış etmiş yarımmüdafiəçi menecerlər vasitəsi ilə Birinci Liqada çıxış edən "Karvan"a təklif olunub.

Yevlax təmsilçisi məsələyə isti yanaşır. Buna görə tərəflər arasında ilkin danışıqlar olub. Futbolçunun maddi şərtləri öyrənilib.

Klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev saytımıza açıqlamasında xəbəri təsdiqləyib.

O, bu məsələdə tələskənliyə yol vermədiklərini, şərtləri və futbolçunun mövcud formasını araşdırdıqlarını bildirib. Eyni zamanda Naynqqolanın mövqeyi də onlar üçün maraqlıdır.

36 yaşlı futbolçu karyerası ərzində "Roma" və "İnter"dən başqa, İtaliyada "Kalyari" və SPAL, Belçikada "Antverpen" kimi klublarda çıxış edib.

O, son olaraq İndoneziyanın "Bhayanqkara" klubunda çıxış edib. Bu ilin iyul ayından azad agentdir. Hazırda onun transfer dəyəri 325 min avrodur.

"Karvan" 5 turdan sonra maksimum nəticə ilə Birinci Liqanın lideridir. Yevlax klubu Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:10 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 12:40 Messi Bakıya gəlir?
18 Oktyabr 11:00 Gəl, gəlirin BOL OLSUN!