AFFA yeni idman şirkəti ilə əməkdaşlığa başlayacaq.
Federasiya «Nike»i ilə işləmək istəməyib.
AFFA «Puma»yla razılıq əldə olunub. Əsas milli başda olmaqla, aşağı yaş qruplardan ibarət bütün komandalar «Puma» şirkətindən veriləcək forma və idman dəstələrindən istifadə edəcəklər.
AFFA-nın tərəfdaşını dəyişməsi səbəbsiz deyil. Əvvəlki müqavilə Elxan Məmmədovun vaxtında imzalanıb.
O, icraçı vitse-prezident və baş katib olduğu dönəmdə «Nike» ilə işbirliyinə gedib. Bu məqsədlə qurumun büdcəsindən böyük miqdarda vəsait xərclənib.
Federasiyanın yeni rəhbərliyi həmin qiymətlərlə yola davam etməyi məqsədəuyğun saymayıb. Qənaətə keçid Sərxan Hacıyevin təklifdir.
2022-ci ildə baş katib təyin edilən, bu ilin aprelində icraçı vitse-prezident seçilən funksioner, beləcə, Elxan Məmmədovun daha bir tanış/tərəfdaşını AFFA-dan uzaqlaşdırmağa nail olub.
Təbii, təkbaşına yox. Prezident Rövşən Nəcəfin də razılığını almaqla.
SPORTİNFO.AZ