COP29

Slovaklar Bakıya üç problemlə gəldi - YOLÜSTÜ FOTOLAR

13 Oktyabr 18:10 Gündəm 2 036
Slovaklar Bakıya üç problemlə gəldi -  YOLÜSTÜ FOTOLAR

UEFA Millətlər Liqasının 4-cü turunda Azərbaycan millisinin qonağı olacaq Slovakiya yığması Bakıya yola düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyası məlumat yayıb.

Komandanın üç futbolçusunun millimizlə oyunu buraxacağı bildirilib. Bunlar müdafiəçilər Denis Vavro, Adam Obert və yarımmüdafiəçi Matuş Berodur.

Obert 3-cü turda İsveçlə oyunda (2:2) sıradan çıxıb. Buna görə də futbolçu çıxış etdiyi "Kalyari" (İtaliya) klubunun düşərgəsinə qayıdıb.

"Bohum"da (Almaniya) oynayan Bero məşq zamanı zədələnib. Denis Vavro isə cəzalı durumdadır.

Oktyabrın 14-də keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.











Digər Xəbərlər
Xəbər Lenti