COP29

Almaniya millisinin sabiq ulduzunun Bakıya səfərinin səbəbi bilindi

12 Oktyabr 01:20 Gündəm 927
Almaniya millisinin sabiq ulduzunun Bakıya səfərinin səbəbi bilindi

Almaniya millisinin sabiq futbolçusu Mesut Özilin Bakıya səfərinin səbəbi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan professor İrfan Gündüz bildirib.

O, Türkiyədə Mesut Özil Futbol Akademiyasını qurmaq istədiklərini və bununla bağlı Bakıda görüşlər keçirdiklərini söyləyib:

"Azərbaycanlı azyaşlı uşaqların da bu akademiyaya cəlb olunmasını istəyirik".

Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib.

O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti