COP29

“Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır”

9 Oktyabr 05:00 Gündəm 1 357
“Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır”

“Ermənistan kommunikasiyaların açılması ilə yanaşı, bərabərlik və suverenliyə riayət olunmaq şərti ilə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada MDB-yə üzv ölkələrin rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

“Bu kontekstdə vurğulayıram ki, Ermənistan malların, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçməsinin təhlükəsizliyini tam təmin etməyə hazırdır. Bu, bizim istəyimizdir, öhdəliyimizdir və biz buna zəmanət veririk”, - Paşinyan bildirib.

O qeyd edib ki, İrəvan öz ərazisində bütün kommunikasiyaları açmağa, nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin tikintisini təmin etməyə hazırdır.

“Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəyir və biz öz ərazimizlə nəqliyyat əlaqələrini təmin etməyə hazırıq, lakin İranın təmin etdiyi şərtlərlə”, - Paşinyan əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti