COP29

AFFA pul istəyir - 100-300 manat

17:20 Gündəm 650
AFFA pul istəyir - 100-300 manat

Oktyabrın 14-15-də AFFA tərəfindən Bakıda UEFA-nın “B” və “C” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat verib.

Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti

Kursda iştirak üçün ödənişin məbləği:
- “C” lisenziya üçün 100 manat
- “B” lisenziya üçün 300 manat

Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.

Xəbər Lenti