COP29

AFFA rəhbərliyi tanınmış futbol adamını vəzifədən uzaqlaşdırmaq istəyir - FOTO

8 Oktyabr 14:20 Gündəm 5 152
AFFA rəhbərliyi tanınmış futbol adamını vəzifədən uzaqlaşdırmaq istəyir - FOTO

Futbol veteranı, millinin sabiq kapitanı Aslan Kərimov AFFA-dakı iş yerini itirə bilər.

Saytımıza bununla bağlı federasiyadan məlumat daxil olub.

Qurumdan redaksiyamıza ötürülən informasiyaya görə, yeni rəhbərlik uzun illərdir burada çalışan mütəxəssislə birgə addımlamaq istəmir.

Kərimov AFFA-da bir neçə missiyanı yerinə yetirir. Məşqçi kurslarının maarifləndirmə üzrə direktoru olmaqla yanaşı, təhsil proqramının rəhbəridir.

Rövşən Nəcəf A.Kərimovla əlaqədar raport təqdim olunub.

«Qarabağ»lı sabiq müdafiəçinin Elxan Məmmədovla yaxın münasibətləri burada öz əksini tapıb. Keçmiş icraçı vitse-prezident və baş katiblə isti ilişkiləri indi Kərimovun əsas «minus»u sayılır.

O, UEFA ilə əlaqəli şəxsdir. Avropa futbol qurumunun ölkəmizdə təşkil etdiyi məşqçi kurslarının baş təlimatçısıdır. Xüsusən A və «pro» kateqoriyalı kurslar birbaşa onun iştirakıyla keçirilir.

Oktyabrın ilk günlərində hər iki kateqoriya üzrə seminarlar düzənlənməli idi. Kərimovun ətrafında yaranmış qeyri-müəyyənliyə görə bu tədbirlər ertələnib.

SPORTİNFO.AZ

AFFA Aslan Kərimovu təbrik etdi

Digər Xəbərlər
Xəbər Lenti