İngiltərəli sabiq futbolçu Devid Bekhem və həyat yoldaşı - müğənni, aktrisa Viktoriya Bekhem Mayamidə Biskeyn körfəzinə baxan 60 milyon funt-sterlinqə (təxminən 133 milyon manat) dəbdəbəli malikanə alıblar.
Sportinfo.az xəbər verir ki, malikanəni fotolarını “Daily Mail” dərc edib.
Nəşrin məlumatına görə, evdə doqquz yataq otağı, dörd vanna otağı, aşpaz mətbəxi, şəxsi kinoteatr, spa, hovuz və idman zalı var.
Villanın yerləşdiyi ərazidə həmçinin yay mətbəxi, damda qonaq otağı (ehtimal ki, yay otağı) və Biskeyn körfəzinə baxan 124 metrlik fasad var.
Mülkün 2018-ci ildə tikildiyi deyilir. Məlumata görə, Bekhemlər şəhərin ən eksklüziv ərazilərindən biri olan ünvanda kolumbiyalı müğənni Şakira ilə qonşu olublar.