COP29

Keçmiş klub prezidenti illər sonra dilə gəldi: “Şərəfli vaxtları sevinclə xatırlayın”

26 Sentyabr 21:20 Gündəm 326
Keçmiş klub prezidenti illər sonra dilə gəldi: “Şərəfli vaxtları sevinclə xatırlayın”

“Dostlar, bu il mənim sevimli klubum “İnter Bakı”nın 20 yaşı tamam olacaqdı.

Həm gənc, həm şən, həm də yetkin və ciddi yaşda”.

“Şamaxı”nın sələfi “İnter”in keçmiş prezidenti Georgi Nikolov sosial şəbəkə hesabındakı paylaşıma bu sözlərlə başlayıb.

Sözügedən klubda 9 il prezident vəzifəsini yerinə yetirən bolqarıstanlı futbol funksioneri ötən günləri yada salmaqla yanaşı, yol verilən səhvlərdən bəhs edib.

Nikolovun fikrincə, “İnter” yaşasaydı, daha böyük uğurlara imza ata bilərdi:

“Əminəm ki, bu gün də “İnter Bakı” futbol azarkeşlərini sevindirərdi. Bu gün isə Azərbaycan idmanının uğurlarının inkişafı və möhkəmlənməsi üçün əlindən gələni edərdi.

Ola bilərdi... Pis şəraitdə, yanlış zamanda, yanlış yerdə verilən yanlış qərarlar “İnter Bakı”nı yoxa çıxardı. İdmandakı yoxluğa.

Ancaq nə vaxtsa mən də ona qoşulana qədər bu klub ürəyimdə və düşüncələrimdə qalacaq. Siz hamınız isə sağlam qalın! Və “İnter Bakı”nın şərəfli vaxtlarını sevinclə xatırlayın”.

Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter" klubunun prezidenti olub. Onun dövründə paytaxt təmsilçisi iki dəfə (2007/2008, 2009/2010) Azərbaycan çempionu, gümüş (2008/2009) və bürünc (2012/2013) mükafatçı, eyni zamanda Birlik Kubokunun (2011) qalibi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti