COP29

Dünyanın ən nəhəng stadionunu partladıb sökdülər - FOTO

25 Sentyabr 04:20 Gündəm 547
Dünyanın ən nəhəng stadionunu partladıb sökdülər - FOTO

Malayziyanın Kuala-Lumpur şəhərindəki “Şah Alam” stadionu sökülüb.

Sportinfo.az, xəbər verir ki, bu, dünyanın ən böyük futbol meydançalarından biri idi.

Arena uzun illərdir ki, Malayziya milli futbol komandasının oyunlarına ev sahibliyi edirdi. Bu, dünyanın ən böyük stadionlarından biri idi və burada bir çox maraqlı həllərdən istifadə olunurdu.

tadionda, digər şeylərlə yanaşı, damın və işıqlandırmanın əsaslandığı dünyanın ən uzun tağı var idi. Lakin texniki xidmətin olmaması öz nəticəsini verib və struktur təhlükə yaratmağa başlayıb.

Xüsusilə “Bukit Cəlil” milli stadionu bir neçə il əvvəl geniş modernləşdirmədən sonra yenidən istifadəyə verildikdən sonra bu obyekt də əhəmiyyətini itirib. “Bukit Cəlil” daha çox tamaşaçı qəbul edə bilər.

Bu səbəbdən 80.372 yerlik arenanın açılışından cəmi 30 il sonra sökülməsi nəzərdə tutulub. İş bir neçə gün əvvəl başlayıb. Stadionun dam örtüyü sökülüb, qalan hissəsi partladılıb.

Söküntü işləri tam başa çatdıqdan sonra yeni stadionun tikintisi ilə bağlı işlərə başlanılacaq. Yeni stdionun azarkeş tutumu 45 min olacaq.

Həmin ərazidə arena ilə yanaşı, açıq meydançalar, dayanacaq, nəqliyyat terminalı, ticarət mərkəzi və mehmanxana tikiləcək. Tikinti işlərinin 2029-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti