COP29

AFFA prezidenti son qərarını və tapşırığını verdi - Onu 1-2 aya vəzifədən uzaqlaşdırın

22 Sentyabr 12:20 Gündəm 4 753
AFFA prezidenti son qərarını və tapşırığını verdi - Onu 1-2 aya vəzifədən uzaqlaşdırın

Millinin sabiq qapıçısı Cahangir Həsənzadənin AFFA-dakı fəaliyyəti sona çatmaq üzrədir.

Bu barədə federasiyadan redaksiyamıza yeni məlumat daxil olub.

Qurumdan saytımıza ötürələn informasiyada qeyd edilir ki, Rövşən Nəcəf adıçəkilən funksionerin texniki direktor vəzifəsindən uzaqlaşdırılmasına razılıq verib.

AFFA prezidenti bir neçə aydır bağlı qapılar arxasında aparılan müzakirələrin sonunda Həsənzadənin postundan kənarlaşdırılması, onun yerinə namizədlərin siyahısının müəyyənləşdirilməsi yönündə tapşırıq verib.

Nəcəf bu məsələnin qarşıdakı 1-2 ay ərzində tamalanmasını istəyib.

Texniki direktorun başının üstünü alan qara buludlar Elxan Məmmədovla yaxınlığından qaynaqlanır. O, keçmiş icraçı vitse-prezident və baş katibin ən yaxın kadrlarından sayılır.

Həsənzadə hazırkı vəzifəyə illər öncə məhz Məmmədovun təqdimatıyla gəlib. İkinci 2022-ci ilin mayında AFFA-dan ayrılsa da, tərəflərin münasibətləri yenə qalmaqdadır.

Hazırkı federasiya rəhbərliyi Həsənzadənin daxildə baş verən hadisələr barədə Məmmədovu məlumatlandırmasından şübhələnir. Ona etimad faktiki olaraq yoxdur.

Üstəlik, texniki direktorun fəaliyyət sahələrindən çoxsaylı şikayətlər var. Əsasən də aşağı yaş qrupları üzrə millilərdən.

U-17, U-19 və U-21 Avropa çempionatının seçmə mərhələlərində biabırçı nəticələr göstərib.

Bu yığmalara baş məşqçi və məşqçi təyinatları Həsənzadə tərəfindən edildiyindən, uğursuzluqlar da onun passivinə yazılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti