COP29

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşdi

15 Sentyabr 17:10 Gündəm 332
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşdi

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparırb. "McLaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb. "Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.

Yarışın sonunda "Ferrari"dən Karlos Sayns və "Red Bull"dan Serxio Peres qəza törədiblər. Onların idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.

Xatırladaq ki, bu gün Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının da qalibi bəlli olub. Ən yaxşı nəticəni “Trident”dən Riçard Versxor göstərib. “ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martin ikinci, “Rasinq Prema”dan italiyalı Kimi Antonelli üçüncü olub.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib."İnter Mayami" ardıcıl 5-ci qələbəsini qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar