COP29

"İki siçovul məni tənqid etdiyi üçün karyeramı bitirmək fikrində deyiləm"

14 Sentyabr 00:10 Gündəm 208
"İki siçovul məni tənqid etdiyi üçün karyeramı bitirmək fikrində deyiləm"

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo televiziya ekspertlərinin ona ünvanladığı tənqidlərə münasibət bildirib.

Sportinfo.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“İnsanlar həmişə ən pisə baxır, yaxşını görmürlər. Amma iki siçovul məni tənqid etdiyi üçün karyeramı bitirmək fikrində deyiləm.

Dünya məni sevir, azarkeşlər də məni sevir. Bu, mənim futbol oynamağa davam etməyim üçün motivasiyadır.

Heç kimin tanımadığı iki nəfər məni tənqid etdi deyə parıltımı itirməyəcəyəm”, - ulduz futbolçu deyib.

Portuqaliyalı forvard bu mövsüm bütün turnirlərdə dörd oyuna çıxıb və dörd qol vurub, iki məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?