COP29

Bulvarın bu hissəsinə giriş bağlandı – “Formula 1” ilə əlaqədar

13 Sentyabr 08:00 Gündəm 216
Bulvarın bu hissəsinə giriş bağlandı – “Formula 1”  ilə əlaqədar

Formula 1 yarışı ilə əlaqədar Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb.

Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

Bildirilib ki, yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və Formula 1-in əyləncə zonasının həmin hissədə hazırlandığı üçün hər il yarış ərəfəsində bulvarın bu istiqamətində məhdudiyyət tətbiq edilir.

Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış isə sərbəstdir.

Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.

Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə