COP29

İki mehriban düşmən – Onları gözdən qaçırmaq olmaz!

12 Sentyabr 21:20 Gündəm 754
İki mehriban düşmən – Onları gözdən qaçırmaq olmaz!

Premyer Liqanın 6-cı turu “Araz-Naxçıvan” – “Kəpəz” ggörüşü ilə start götürəcək.

Bəlkə də komandaların adı və turnir cədvəlindəki mövqeləri oyunun prinsipiallığını və önəmini arxa plana salır. Lakin bəzi faktlar var ki, onlara toxunmamaq olmaz.

Adil Şükürovun istefasından sonra “Sabah”la görüşə komandanı Xaliq Mərdanov çıxarsa da, bu dəfə yeni baş məşqçi Azər Bağırov iş başında olacaq.

Bu, 40 yaşlı çalışdırıcının “Kəpəz”in baş məşqçisi qismində ilk rəsmi oyunu olacaq. Eyni zamanda iki həftə ərzində etdiyi dəyişiklikləri azarkeşlərə göstərmək baxımından ilk şansdır.

Azər bəy uzun illər “Qəbələ”nin Futbol Akademiyasında və əsas komandasında çalışsa da, etiraf edək ki, daha çox “Araz-Naxçıvan”dakı fəaliyyəti ilə tanındı.

Bu komandanı aşağı dəstənin çempionu edib Premyer Liqaya yüksəltdi, ötən mövsüm “Qarabağ”, “Neftçi”, “Zirə” kimi güclü rəqiblər üzərində qazanılan qələbələrlə diqqətləri üzərinə çəkdi.

Lakin qeyri-rəsmi rəhbər Zaur Axundovla yaşanılar pərdəarxası olaylar “Araz-Naxçıvan”dan vaxtsız ayrılmasına səbəb oldu.

Maraqlıdır ki, Bağırovun məşqçiliyə dönüşünün startı məhz Naxçıvan təmsilçisi ilə oyuna təsadüf edəcək. Buradakı prinsipiallığı təsəvvür etmək çətin deyil.

Rəqib başqa komanda olsaydı, bəlkə də mümkün məğlubiyyəti “Kəpəz”ə yeni gəlməsi ilə bağlamaq olardı. Ancaq söhbət “Araz-Naxçıvan”la dueldən gedirsə, məğlubiyyət qəbuledilməz və arzuolunmazdır.

Hə, bir maraqlı məqamı da xatırladaq. Ötən mövsüm gəncəlilər 12-ci turda “Qarabağ”a 1:7 hesabı ilə məğlub olandan sonra Azər Məmmədov istefa vermiş, onu müvəqqəti köməkçisi Etibar İbrahimov əvəzləmişdi.

Noyabrın 10-da “Kəpəz”in “Liv Bona Dea Arena”dakı rəqibi məhz “Araz-Naxçıvan” olmuşdu ki, qərblilər 1:0 hesabı ilə qalib gəlməklə uğursuzluğa “dur” demişdi.

Bu dəfə yekun hesabın necə olacağını 90 dəqiqənin tamamı göstərəcək. Bir şey dəqiqdir ki, futbolsevərlər üçün maraqlı oyun olacaq.

Sentyabrın 13-də “Liv Bona Dea Arena”da gerçəkləşəcək oyun saat 19:30-da başlayacaq.

HƏBİB

Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə