COP29

"Ağrılarımız, zədələrimiz oldu, amma sonda çempion ola bildik" - ÇL-in qalibi "Sportinfo"ya danışdı

9 Sentyabr 23:00 Gündəm 398
"Ağrılarımız, zədələrimiz oldu, amma sonda çempion ola bildik" - ÇL-in qalibi

"Birbaşa Bakı"nın heyətində Çempionlar Liqasının qalibi olan Vüsal İsayev Sportinfo.az-a açıqlama verib.

Həm də Azərbaycan millisinin aparıcı futbolçusu olan İsayev əldə etdikləri çempionluq barədə danışıb:

"Turnir çox çətin keçdi. Reqlament ağır idi. Hər gün iki oyun keçirməli olduq. Ağrılarımız, zədələrimiz oldu. Amma sona kimi oynamağı bacardıq. Çünki çempion olmağı çox arzu edirdik.

Avropanın müxtəlif ölkələrindən minifutbolu yaxşı bacaran komandalar gəlmişdi. Rumıniya, Serbiya, Macarıstan kimi güclü millilərin üzvləri vardı. Öncədən də ağır olacağını bilirdik. Ona görə də məşqlərə erkən başlamışdıq. Şükürlər olsun ki, sonda çempionluğu qazanan tərəf olduq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti